waplog

Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Treninqlər keçiriləcək


18 noyabr 2011-ci il tarixində “İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması” mövzusunda Treninq keçiriləcək.

Məktəb müəllimləri və valideynlər üçün təşkil oluna Treninq “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi” Layihəsi çərçivəsində keçirilir.

Treninq iştirakçıları İnternetdə işləyərkən uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı nəzəri və praktiki biliklər əldə edəcəklər. Kompüterdə təhlükəsiz işləmək vərdişlərinin aşılanması ilə bağlı məlumatlar veriləcək.

Uşaqların İnternetdən və mobil texnologiyalardan daha effektiv və zərərsiz istifadəsi üzrə hazırlanan Tövsiyələr Treninq iştiraklarına təqdim olunacaq. Ekspertlər tərəfindən pullu və pulsuz proqramlardan istifadə edilməklə uşaqların zərərli informasiyalardan necə qorunması ilə bağlı praktiki nümunələr nümayiş etdiriləcək.

Məlumat üçün bildiririk ki, adı çəkilən Layihə çərçivəsində “Uşaqları zərərli informasiyalardan qorunmasında məktəbin , valideynlərin və ictimai qurumların rolu” mövzusunda Dəyirmi Masa keçirmək, bu məqsədlə yaradılan www.netsafe.az İnternet resursunu təkmilləşdirmək, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı Tövsiyələr hazırlamaq nəzərdə tutulub.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL