waplog

Azərbaycanda 15 min kompyuter faizsiz kreditlə satılıb


İlin əvvəlindən Azərbaycanda təxminən 5 min “Xalq Kompyuteri” satılıb. 2011-ci ilin əvvəlinə nisbətən ölkədə “Xalq Kompyuteri”nin satışı 32.5%, yəni 14825-dək artıb.

Hal- hazırda kompyuterlər müəllim, orta məktəb şagirdi, ali məktəb tələbəsi və səhiyyə işçiləri tərəfindən güzəştli şərtlərlə əldə oluna bilər.

Kompyuterlərin hesablama qüvvəsi 3 GB təşkil edir və onların qiyməti, konfiqurasiyadan asılı olaraq, 600-dən 700 manatadək dəyişilir. Güzəştli şərtlərlə satılan kompyuterlərin çeşidi tezliklə genişləndiriləcək. “Azercell Telekom” və “Azerfon” mobil operatorları da bu layihəyə qoşulublar.

Onlar əhaliyə güzəştli şərtlərlə internet və məlumat kartlarını satırlar. Layihənin digər iştirakçısı “Symantec” əhaliyə güzəştlə təhlükəsizlik sistemləri satır.

Layihənin əsas məqsədi kompyuterlərin və lisenziyalı proqramların cəmiyyətin müxtəlif təbəqələri tərəfindən əldə edilməsi üçün şərait yaratmaq, regionlarda İKT-ın tətbiqini genişləndirməkdir.

Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. Kompyuterlərin lisenziyalı proqramlar paketi daxil olmaqla qiyməti bazar qiymətindən 25-40% aşağıdır. Kompyuterləri layihə çərçivəsində əldə edənlər Təhsil Nazirliyi tərəfindən kompyuter üzrə təlimatlar və internetlə təmin olunurlar.

Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu “Azerpoçt” MMC tərəfindən təmin olunur. Kompyuterlərin və lisenziyalı proqramların təchizatı isə “HP” və “Microsoft” şirkətlərinin yerli partnyorları olan “BestComp Group” və “Ultra” şirkətləri tərəfindən təşkil olunur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL