waplog

“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinə yeni kompüter almağı tövsiyə edir


"Windows 7" əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə bağlı istifadəçilərə bildirişlər göndərməyə başlayan "Microsoft" korporasiyası onlara yeni kompüter almağı tövsiyə edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, korporasiya "Windows 7" əməliyyat sisteminin dəstəyini 14 yanvar 2020-ci ildə dayandırmağı planlaşdırır. Bu tarixdən sonra "Windows 7" yenilənmə mərkəzinin texniki köməyindən və avtomatik yenilənmələrindən istifadə qeyri-mümkün olacaq.

 

"Microsoft" lazımi kömək və dəstəkdən yararlanmaq üçün 2020-ci ilin yanvarınadək "Windows 10" əməliyyat sisteminə keçməyi tövsiyə edir", – korporasiyanın məlumatında qeyd olunur.

 

Korporasiya nümayəndələrinin sözlərinə görə, dəstəklənmə dayandırıldıqdan sonra əməliyyat sistemi işləməkdə davam etsə də, "Windows 7" sisteminin idarəetməsi ilə işləyən qurğular virus və hücumlara qarşı daha həssas ola bilər.

 

Məlumata görə, gələcəkdə təhlükəsizliyin təmini üçün ən yaxşı vasitə "Windows 10" olacaq. "Windows 10" sistemindən isə yeni kompüterdə istifadə tövsiyə edilir. "Windows 10" sistemini köhnə qurğuya quraşdırmaq mümkün olsa da, bu məsləhət görülmür.

 

Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən "NetMarketShare" internet xidmətinin statistik məlumatında qeyd edilir ki, fevralda "Windows 10" sisteminin bazar payı yanvarla müqayisədə 0,6 faiz azalaraq 40,3 faiz təşkil edib. "Windows 7" sisteminin hesabat dövründə payı isə əksinə, 37,19 faizdən 38,41 faizədək artıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL