waplog

“Microsoft” virtual reallığı zəif görən insanlara uyğunlaşdıran proqram təminatı təqdim edib


“Microsoft” korporasiyasının tədqiqat bölməsinin tərtibatçıları görmə məhdudiyyətli istifadəçilərə virtual dünyanın qəbul edilməsini asanlaşdıran VR şlemlər üçün proqram funksiyaları dəsti işləyib hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, tərtibatçılar ümumilikdə 14 funksiya işləyib hazırlayıblar ki, onları reallaşdırma xüsusiyyətlərinə görə iki qrupa ayırmaq olar. 9 funksiya plaqin şəklində reallaşdırılıb – onları “HTC Vive” şlemləri üçün istənilən proqramla istifadə etmək olar.

 

Plaqin şəklində əlçatan funksiyaların bir hissəsi şəkli böyütməyə və başqa vizual manipulyasiyalar (məsələn, parlaqlıq və kontrastı yüksəltmək) etməyə imkan verir. Digər funksiyalar isə mürəkkəb mexanizmlərdən istifadə edir və məsələn, obyektlərin konturlarını seçməyə və mətni oxumağa imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL