Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.
Həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə telefondan istifadə tutumunun 18 000 nömrə artırılaraq 77 600-ə, internetdən istifadə tutumunun isə 52 784 artaraq 75 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 km fiber-optik (FO) kabel çəkilib.
Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib.
Nəticədə 3512 telefon və 2105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.
Bundan başqa, “Evədək Fiber” (Fiber to the Home – FTTH) şəbəkəsinin tikinti-quraşdırılma işləri də icra olunmaqdadır.
Yeni inşa olunmuş binalarda çox xidmətli çıxış nöqtəsi (Multi-Service Access Node – MSAN) avadanlıqları ilə yanaşı, Gigabit tutumlu Passiv Optik Şəbəkənin (Gigabit Passive Optical Network – GPON) tikinti-quraşdırılma işləri də davam etdirilir.
Nəzərdə tutulan işlər çərçivəsində şəhər ərazisində və yeni salınan yaşayış məntəqələrində (Xəzər bağları, Yaşıl dərə massivi) müasir şəbəkələr qurulub istifadəçilərin ixtiyarına verilir.
Tikinti işləri ilə yanaşı, mütəmadi olaraq mövcud abunəçi şəbəkələrində də təmir-bərpa işləri aparılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL