waplog

“MyndVR” şirkəti virtual reallığı yaşlı insanlar üçün uyğunlaşdırır


Təxminən 2 il bundan əvvəl yaşlı insanlara bir çox yeni təəssüratlar yaşamağa imkan verən “MyndVR” adlı ilk virtual reallıq platforması işlənib hazırlanmışdı. Bu günlərdə eyni adlı şirkət həmin platformanın ikinci versiyasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, “MyndVR 2.0” platforması mobil qurğu, həmçinin virtual reallıq eynək istehsalçısı “HTC” şirkətinin “Vive X” sürətləndiricisi ilə əməkdaşlıq çərçivəsində işlənib hazırlanıb. Platformanın əvvəlki versiyası smartfona qoşulma tələb edən virtual reallıq qarniturları ilə işləyirdi, yeni model isə “HTC Vive Focus” adlı avtonom virtual reallıq şlemindən istifadə edir. Xəstə baxıcısı tədarük dəstinə daxil olan planşet vasitəsilə virtual reallıqda baş verənlərə nəzarət edə bilər.

 

“MyndVR” platformasının yeni versiyası məzmun baxımından əvvəlkindən fərqlənmir: yaşlı insan keçmişin xoş anlarını yenidən yaşaya bilər: məsələn, Frank Sinatranın çıxışında iştirak edə və ya Böyük Çin səddi, Norveçin fiordları və ya açıq kosmosda ola bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL