waplog

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi


"Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"na start verilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində keçirilib.

 

Respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də, Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadada fəallığı ilə seçilib.

 

Artıq 13 ildir keçirilən olimpiada beynəlxalq "Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada ("ACM/ICPC") qaydaları"na uyğun olaraq təşkil edilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda isə qalib elan edilir.

 

Bu il üzrə qaliblər (I-IV yerlər) "Azercell Telecom" və "BestComp Group" MMC-nin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.

 

Məlumat üçün bildirək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

 

Olimpiadanın final mərhələsi mayın 4-ü İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.

 

 

 

 

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL