waplog

ABŞ-da havanın təmizlənməsi üçün süni ağaclar yaradılıb


ABŞ-da yaradılmış süni ağaclar havanın çirklənməsinin qarşısını ala bilər. Yeni texnologiya havanın mexaniki sorulması prosesi olmadan atmosferdən karbonu çəkməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, küləyin axınlarını filtrdən keçirən texnologiya karbonun molekullarını özünə çəkir və onu yenidən istifadə etməyə imkan verir. Texnologiya CO2-nin atmosferdən çəkilməsinin ən ucuz üsulunu təklif edir: 1 ton üçün 100 dollardan az vəsait tələb olunur.

 

Sistem eksperimental fermada sınaqdan keçiriləcək. Alimlər əmindirlər ki, karbonun atmosferdən çəkilib saxlanılması qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizədə kömək edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL