waplog

Ötən ilin 10 ən populyar smartfonu açıqlanıb


“Counterpoint Research” analitik şirkəti 2018-ci ilin 10 ən populyar smartfonunu açıqlayıb. Reytinqə görə, ötən il ən çox satılan smartfon “Apple iPhone X” modeli olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, ilk onluğa “iPhone X” ilə yanaşı, daha 5 “Apple” qurğusu daxildir. Bunlar “iPhone 8” (2-ci yer), “iPhone 8 Plus” (3-cü), “iPhone 7” (4-cü), eləcə də “iPhone XS Max” və “iPhone XR” (7 və 8-ci) modelləridir.

 

Beşinci mövqedə “Xiaomi Redmi 5A”, altıncıda “Samsung Galaxy S9”, doqquzuncuda “Samsung Galaxy S9 Plus”, onuncuda “Samsung Galaxy J6” modelləri qərarlaşıb.

 

Analitiklərin sözlərinə görə, ötən il satılmış “iPhone XR” və “iPhone XS Max” smartfon modellərinin hər birinin sayı 16 milyon ədədi ötüb. Bundan əlavə, “Apple” qurğularının ümumi satış həcmi 100 milyon ədədi üstələyib.

 

Analitiklər tərəfindən, həmçinin Çin bazarının ən populyar smartfonları açıqlanıb. Burada “Oppo R15”, “iPhone X”, “Oppo A5”, “A83” və “Vivo X21”, eləcə də “iPhone 8 Plus”, “Oppo A73” və “Vivo Y85” modelləri liderdir.

 

Göründüyü kimi, Çin sakinləri əsasən “Oppo” və “Vivo” brendlərinə üstünlük versələr də, “Apple” şirkətinin məhsulları diqqətdən kənar qalmır.

 

Çin onluğuna “Xiaomi Redmi 5 Plus” modeli də daxildir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL