waplog

Məlumatların orqanik molekullara yazılması və oxunması sistemi işlənib hazırlanıb


Məlumatların saxlanılması sahəsində müasir texnologiyalar, demək olar ki, öz pik həddinə çatıb. Buna görə alimlər artıq bir neçə ildir ki məlumat daşıyıcısı qismində dezoksiribinuklein turşusu (DNT) üzərində təcrübə aparırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, Harvard Universitetinin mütəxəssisləri isə məlumatların orqanik molekullara yazılması və oradan oxunması sistemini hazırlayıblar ki, bu da məlumatları min il saxlamağa imkan verəcək. Bioloqlar müxtəlif sayda aminturşularından ibarət olan oliqopeptidlərdən istifadə ediblər.

 

Bu məqsədlə 384 ədəd kiçikölçülü oyuqdan ibarət metal lövhədən istifadə edilib. Məlumatların hər bir baytı oliqopeptidlərin kombinasiyaları kimi təqdim edilir. Müəyyən molekul oyuqda olduğu halda, o, 1 kimi, əks halda 0 kimi oxunur. Yəni hər bir oyuqda bir simvolu və ya pikseli kodlaşdırmaq mümkündür.

 

Bu üsuldan istifadə edən mütəxəssislər 400 KB tutumunda məlumatı yazmağa və oxumağa nail olublar. Sözügedən texnologiya məlumatları hələ ki saniyədə 8 bit sürətlə yazmağa, 20 bit sürətlə isə oxumağa imkan verir. Dəqiqlik 99,9% təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL