İstifadəçilər “Windows 10” sisteminə keçməyə tələsmirlər
“NetMarketShare” resursu masaüstü əməliyyat sistemlərinin qlobal statistikası haqqında hesabat dərc edib. Hesabata əsasən, 2019-cu ilin aprelində “Windows 10” sisteminin bazar payı tədricən artmağa davam edib və 44,10% təşkil edib, mart ayının nəticəsinə görə, bu göstərici 43,62%-ə bərabər idi.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Windows 10” sisteminin bazar payının tədricən artmasına baxmayaraq, “Windows 7” sözügedən əməliyyat sisteminin əsas rəqibi qalmağa davam edir. Cari ilin martında “Windows 7”-nin bazar payı 36,52% təşkil edirdisə, apreldə bu göstərici 36,43%-dək azalıb. Əməliyyat sistemlərinin populyarlıq səviyyəsinin dinamikası onu göstərir ki, “Microsoft” korporasiyasının bütün cəhdlərinə baxmayaraq istifadəçilər “Windows 10” sisteminə keçməyə tələsmirlər.
Bazar payı 4,22% təşkil edən “Windows 8.1” sistemi üçüncü yerdə qərarlaşıb. Növbəti yeri 2% bazar payına sahib “Mac OS X 10.13” platforması tutub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL