waplog

“YouTube” videohostinqinin aylıq auditoriyası 2 milyard istifadəçiyə yaxınlaşıb


“YouTube” videohostinqinə ayda bir dəfə daxil olan unikal istifadəçilərin sayı 2 milyarda yaxınlaşıb. Bu haqda “Alphabet” holdinqinə məxsus xidmətin icraçı direktoru Syuzen Voyjiskinin bəyanatına istinadən “Variety” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, məlumat üçün bildirək ki, bir il bundan əvvəl “YouTube”un aylıq auditoriyası 1,9 milyarda bərabər idi.

 

Bundan başqa, Voyjiski dəqiqləşdirib ki, hazırda videoçarxlara baxış üzrə ümumi vaxtın 70%-dən çox hissəsi mobil qurğuların payına düşür. O, həmçinin "ağıllı" televizorlar sayəsində “YouTube” məzmunundan istifadənin kəskin artımını qeyd edib: xidmətin istifadəçiləri hər gün televizorda 250 milyon saatdan çox video seyr edirlər: 1 il ərzində bu göstərici 39% yüksəlib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL