“İntel” şirkəti yeni “Core i7 Extreme Edition” prosessoru istehsal edib
“İntel” korporasiyası bu gün stolüstü fərdi kompyuterlər üçün “ən sürətli” mikroprosessor – “Sandy Bridge” mikroarxitekturasına əsaslanan 6 nüvəli “Core i7-3960X Extreme Edition” istehsal edib.
Korporasiyadan bildiriblər ki, bu çip güclü fərdi kompyuterlərdə oyun həvəskarları, həmçinin ən güclü və müasir texnologiya həlləri ilə işləyən texniki entuziastlər üçün nəzərdə tutulub.
"Çoxlu nüvə və daha yüksək takt tezlikləri müasir mürəkkəb qrafik oyun həvəskarları tərəfindən qiymətləndiriləcək" - korporasiyanın bəyanatında qeyd olunub.
Yeni “Core i7-3960X” prosessoru 3,3 QHz takt tezliyində işləyir. Çip 15 meqabayt keş-yaddaşa malikdir. Öz göstəricilərinə görə yenilik bundan əvvəl istehsal edilmiş “Core i7-2600K”-dən təxminən 52% sürətlidir.
Yeni prosessorun qiyməti 990 dollar təşkil edir. O, “AMD” şirkətinin “FX” seriyasının 8 nüvəli prosessorları ilə rəqabət aparacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL