waplog

2023-cü ildə qlobal daşınan elektronika tədarükü 239 milyona yaxınlaşacaq


“Berg Insight” tədqiqat şirkətinin proqnozuna görə, yaxın 5 ildə internetə çıxış imkanına malik qlobal daşınan elektronika tədarükünün həcmi ildə orta hesabla 15,4% artaraq 2023-cü ilə 239 milyona yaxınlaşacaq. Həmçinin mütəxəssislərin qiymətləndirməsinə görə, 2018-ci ildə qlobal bazara ümumilikdə 116,8 milyon “ağıllı” saat, "ağıllı" eynək, fitnes trekerlər, "ağıllı" geyim, fərdi tibb qurğuları və başqa daşınan elektronika növləri tədarük edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, 2023-cü ilədək təxminən 67,7 milyon daşınan qurğu mobil rabitə texnologiyasını dəstəkləyəcək. Bu funksiya daha çox “ağıllı” saat və tibbi qurğular seqmentində geniş yayılacaq.
 
Hazırda fitnes trekerlər daşınan elektronikanın ən böyük kateqoriyası hesab edilir. “Berg Insight”in məlumatına görə, 2018-ci ildə istehsalçılar ümumilikdə 65 milyon belə cihaz tədarük ediblər. Populyar “Mi Band” trekerlərini istehsal edən Çinin “Xiaomi” şirkəti ən böyük tədarükçü olub.
 
Fiziki aktivlik və sağlamlıq göstəricilərinin izlənilməsi funksiyası nəzərdə tutulmuş əksər “ağıllı” saatlar fitnes trekerlərlə rəqabət aparırlar. Gözləntilərə görə, 2021-ci ilədək internetə çıxış imkanına malik daşınan elektronika bazarında "ağıllı" saatlar birinciliyi ələ keçirəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL