waplog

Planşet bazarında 14%-lik artım qeydə alınıb


2019-cu ilin birinci rübündə qlobal planşet kompüterləri bazarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 13.8% yüksələrək 37,15 milyon təşkil edib. “Digitimes Research” analitiklərinin məlumatına görə, ötən ilin son 3 ayı ilə müqayisədə qurğuların tədarük həcmi mövsümi amillə əlaqədar 12.9% azalıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onların proqnozuna görə, 2019-cu ilin ikinci rübündə planşet bazarında rüblük hesablama üzrə 8,9%-lik azalma qeydə alınacaq. Aprel-iyun ayları ənənəvi olaraq zəif tələbat dövrüdür.

 

“Apple” planşet bazarında liderliyini qoruyub saxlayıb. “Samsung” şirkətini qabaqlamış “Huawei” şirkəti ikinci yerdə qərarlaşıb. “Microsoft” korporasiyası beşinci olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL