waplog

“Lenovo” şirkəti ultrabuklar hazırlayır


“Lenovo” şirkəti 2012-ci ilin may-iyun aylarında “İntel İvy Bridge” aparat platformasında olacaq 2 ultrabuk təqdim etməyi planlaşdırır. “İvy Bridge” “İntel” şirkətinin “Tri-Gate” innovasiya metodikasının tətbiqi ilə 22 nanometr texnologiya ilə istehsal edilən ilk mikroçipləri olacaq.

Prosessorlar 2 və ya 4 hesablama nüvəsinə və “DirectX 11” proqram interfeysini dəstəkləyən təkmilləşdirilmiş qrafik kontrollerə malik olacaqlar. Tranzistorların sayı 1,48 milyarda qədər təşkil edəcək. “İvy Bridge” platforması “USB 3.0” və “Thunderbolt” texnologiyalarını dəstəkləyəcək.

“Lenovo” şirkətinin ultrabuklarından biri 13 düymlü, digəri isə 14 düymlü diaqonalla olan ekrana malik olacaq. Qiymət 800 dollardan başlayacaq.

Bundan əlavə, şirkət “ThinkPad X1 Hybrid” portativ kompyuterini istehsal edəcək. 2 əməliyyat sistemi – “Windows” və “Android”-in dəyişilmiş versiyası arasında seçim imkanı bu modelin əsas xüsusiyyəti olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL