waplog

“InSight” aparatı Marsda Günəşin çıxması və batmasının şəklini çəkib


ABŞ Kosmik Agentliyinin (NASA) "InSight" kosmik aparatı Mars səthində Günəşin doğması və batmasının fotoşəkilini çəkib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "InSight" modulunun robotlaşdırılmış əli vasitəsilə alınan təsvirlər Qırmızı planetin görünüşünü, eləcə də Mars üçün səhər saat 5:30 və axşam saat 18:30 ekvivalentində baş verən Günəşin doğması və qürubunu nümayiş etdirir. Marsda Günəş Yerdəkindən təxminən 2/3 dəfə kiçik görünür, çünki ulduz Yerlə müqayisədə Marsdan daha uzaqdır.

 

Qeyd edək ki, 2018-ci il noyabrın 26-da Mars səthinə uğurlu eniş edən ABŞ-ın "InSight" kosmik aparatının əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. "InSight" aparatının əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeydiyyata alınması üçün nəzərdə tutulan "SEIS" seysmometri, eləcə də "HP3" elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda "IDA" robotlaşdırılmış əl yerləşdirəcək.

 

Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.

 

Hazırda "InSight" Marsın daxili boşluğunun – onun qabığının, mantiya və nüvəsinin tədqiqi ilə məşğuldur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL