waplog

“Buta Chess” turnirinin qalib komandası ilə görüş keçirilib


Vüqar Həşimov Şahmat Akademiyasının və “Buta Palace” kompleksinin təşkilatçılığı ilə keçirilən “Buta Chess” - təşkilatlararası şahmat turnirinin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) komandası olub.

 

Bu münasibətlə NRYTN-də Vüqar Həşimov Şahmat Fondunun nümayəndələrinin iştirakı ilə komanda üzvləri Rauf Rzayev və Anar Rəsulovla görüş keçirilib.

 

Görüşdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən şahmat oyununa xüsusi diqqət göstərilir. Təsadüfi deyil ki, bu oyun növü nazirliyin dəstəyi ilə ənənəvi olaraq keçirilən “Sağlamlıq” Respublika Spartakiadasına daxil edilən 8 idman növündən biridir.

 

Elmir Vəlizadə qeyd edib ki, şahmat kimi bir idman növündə nazirliyin komandasının qalib olması çox sevindiricidir.

 

Nazir müavini bu uğurun nazirliyin şahmat oynamağı bacaran əməkdaşları üçün stimul və nümunə olacağına ümid etdiyini söyləyib.

 

Elmir Vəlizadə çıxışının sonunda komanda üzvlərini təbrik edib, onlara uğurlarının davamlı olmasını arzulayıb.

 

NRYTN-in şöbə müdiri Rəşad Əzizov nazirliyin və onun qurumlarının əməkdaşlarının iştirakı ilə daxili şahmat turnirinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Sərxan Həşimov bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası turnirdə uğurlu oyunu sayəsində 20 komanda arasında seçilə bilib.

 

O bu şahmat turnirinin ilk dəfə təşkil olunmasına baxmayaraq müvəffəqiyyətlə baş tutduğunu, böyük marağa səbəb olduğu üçün bundan sonra da keçiriləcəyini qeyd edib.

 

Vüqar Həşimov Şahmat Fondunun nümayəndəsi Sənan Şəfiyev turnir haqqında ətraflı məlumat verərək nazirliyin komandasının turnir boyunca ağıllı və stabil oyun nümayiş etdirdiyini bildirib.

 

Sonda komanda üzvləri çıxış edərək şahmat turnirini yüksək səviyyədə təşkil etdikləri üçün təşkilatçılara və nailiyyətlərinə dəyər verdiklərinə görə nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL