waplog

NRYTN-in həmtəşkilatçılığı ilə keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli ömür yolunun və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu söyləyib, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

 

"Ən yaxşı təqdimat" müsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

 

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının komitə tərəfindən mükafatlandırılacağını deyib.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

 

"Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

 

Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

 

 

 

 

 

 

 

 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL