Cimmi Uels – dünyanın ən böyük və ən operativ ensiklopediyasının banisi
Cimmi Uels – “Vikipedia”nı və müxtəlif viki layihələrini idarə edən “Vikimedia” Fondunun yaradıcısı və rəhbəridir. Uels həmçinin, “Wikicities” layihəsinin əsasını qoyan “Vikia” kommersiya korporasiyasının qurucusudur.
O, 1966-cı ilin 7 avqustunda Alabama ştatının Hantsvill şəhərində doğulub. Cimminin atası mağaza meneceri idi, anası Doris və nənəsi İrma kiçik özəl məktəbi idarə edirdilər. O, təhsil almağa bu məktəbdə başlayıb. Məktəbin özəlliyi onda idi ki, şagirdlər fənn seçimində azad idilər. Bu da ondan irəli gəlirdi ki, italiyalı M.Montessorinin pedaqoji sisteminin təsiri altında idi.
Uels bu məktəbdə vaxtının əksər hissəsini Dünya Kitab Ensiklopediyasını (World Book Encyclopedia) öyrənməyə sərf edirdi. Ensiklopediyaya olan maraq onu gələcəkdə dünyada məşhur onlayn ensiklopediyanın – “Vikipedia”nın yaradıcısı etdi.
Səkkizinci sinifdən sonra Uels kompyuter sahəsində və digər texnologiyalar haqqında hazırlıq biliklərini verən Rendolf məktəbinə (Randolph School) keçdi.
Bu hazırlıq məktəbi kifayət qədər bahalı olduğu üçün Uelsin ailəsi üçün bu vəsaiti ödəmək çətin idi. Uels müsahibələrində vurğulayırdı ki, təhsil həmişə onun ailəsində çox önəmli və sonrakı müvəffəqiyyətli həyat üçün zəmanət hesab edilirdi. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnib.
Həmçinin, o, Alabama və İndian universitetlərində aspirant kimi dərs deyirdi, amma doktorluq dərəcəsini ala bilmədi. Uels oxumağa davam edirdi, öz sözləri ilə desək, “kifayət qədər özünü, ailəsini, həyatının qalan hissəsini təmin etmək üçün” bir neçə il ərzində treyder olmağı bacardı.
1996-cı ildə Uels “Bomis” əyləncə xarakterli axtarış portalının əsasını qoyub. Hal-hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir.
2000-ci ilin martında Uels ingilis dilində “Nupedia.com” ensiklopediyasını yaradır və baş redaktor vəzifəsinə Larri Senqeri təyin edir. “Nupedia”ya yerləşdirilən məqalələr mütəxəssislər tərəfindən yoxlandıqdan sonra yerləşdirilirdi. Buna görə də iş ləng gedirdi və məqalələr azlıq təşkil edirdi
. Cimmi Uels 2001-ci ilin 15 yanvarında “Vikipedia” ensiklopediyasını yaratdı. “Vikipedia” həmçinin wiki (havay dilində “mümkün qədər tez”) mexanizminə əsaslanırdı, əvvəlcə “Nupedia” ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı.
Amma “Vikipedia”nın sürətli inkişafı ona gətirib çıxardı ki, o, “Nupedia”dan üstün olmağa başladı. Bunun əsas səbəbi viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yazılmasında idi.
Hazırda, “Vikipedia” dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. “Vikipedia” müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur.
“Vikipedia”nın populyar olmasının əsas səbəbi onun dinamik olmasıdır. Yəni digər ensiklopediyalarda son hadisələr haqqında, məsələn, hər hansı idman növü üzrə son yarışda kimin qalib gəldiyini öyrənmək mümkün deyil.
“Vikipedia”da isə yarışların nəticəsi artıq bir neçə dəqiqədən sonra məlum olur. ABŞ-da isə bəzi cinayət hadisələri haqqında məlumat “Vikipedia”ya polislərin xəbər tutmasından qabaq yazılır.
Cimmi Uels ilk dövrləri yada salaraq qeyd edir: “Mən “Vikipedia”da çoxlu sayda “ağ ləkə”lərin olduğu vaxtı xatırlayıram və o zamanlar istifadəçilər bir çox vacib mövzular haqqında hər hansı informasiyanı tapa bilmirdilər. İndi isə bizdə 2,4 mln.-dan artıq (ingilis dili bölməsində) müxtəlif mövzulara aid materiallar vardır”.
Mətbuatda Uels, bir qayda olaraq, “Vikipedia”nın tək banisi kimi xatırlanırdı. Ancaq Senqer özünə “Vikipedia” həmtəsisçisi tərəfindən baxaraq bu iddiaya etiraz edirdi.
Amma o, həmçinin bildirirdi ki, adi insanlar üçün açılmış ensiklopediyanı yaratmaq ideyası Uelsə aid idi və maliyyələşdirməni tamamilə “Bomis” şirkəti həyata keçirirdi. Şübhəsiz ki, “Vikipedia”nın nüfuzlu bir onlayn ensiklopediyaya çevrilməsində Larri Senqer də əhəmiyyətli rol oynamışdır.
2003-cü ilin 20 iyun tarixində Uels “Vikipedia” və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – “Vikimedia” Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. O vaxtdan Uels daha da sıx “Vikimedia” layihələriylə məşğul olmağa başladı və müxtəlif konfranslarda “Vikimedia” nümayəndəsi rolunda çıxış edirdi.
“Vikimedia” Fondu istifadəçilər tərəfindən mütəmadi olaraq ianələrlə dəstəklənir. 2009-cu ildə Cimmi Uels saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirib. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə verib.
Həmin vaxt Uels yardım göstərənlərə minnətdarlığını bildirərək deyib: "Vikipedia”nın sizlər üçün vacib olduğunu və bizim məqsədimizi dəstəklədiyinizi bir daha sübut etdiniz. Bizim məqsədimiz insan biliyini hamıya çatdırmaqdır. Bu addımınızla bütün dünya üçün əlyetərli olan “Vikipedia”nın qorunmasına yardım etmiş oldunuz”.
“Vikipediya”nın uğurlarından ilham alan Uels 2004-cü ildə Ancela Bizli ilə birlikdə “Vikicities”in layihəsini idarə etməsiylə məşğul olan “Wikia” kommersiya şirkətinin əsasını qoyub. 2005-ci ilin 3 oktyabrında Uels viki-texnologiyaların təchizatçısı olan “Socialtext” şirkətinin Direktorlar Şurasına qoşulub.
Hal-hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə Floridada və Sankt-Peterburqda yaşayır. O, bir çox ölkələrə səyahət edir, Böyük Britaniya daxil olmaqla, Belçikanı, Fransa və s. Ümumiyyətlə, onun şəxsi həyatının təfərrüatları ictimaiyyət üçün qapalıdır, “Vikipedia”dan və “Vikimedia”dan kənar onun maraqları, hobbiləri haqqında informasiyalar praktik olaraq yoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL