waplog

“Samsung” mobil qurğular üçün 64 meqapiksellik sensor təqdim edib


“Samsung” şirkəti mobil qurğular üçün “ISOCELL Bright GW1” adlandırılmış yeni şəkil sensoru təqdim edib. Bu sensor bazarda başqa müqayisə edilə bilən qurğularla müqayisədə daha yüksək təsvir ölçüsünə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, yeni “Samsung ISOCELL Bright GW1” sensorunun təsvir ölçüsü 64 Mp təşkil edir. Piksellərin ölçüsü əvvəlki 48 meqapiksellik modeldə olduğu kimi 0,8 mkm-dir. Bu o deməkdir ki, yeni sensorun fiziki ölçüsü daha böyükdür və daha çox işıq tutmaq qabiliyyətinə malikdir ki, bu da çəkiliş keyfiyyətinə öz müsbət təsirini göstərməlidir.

 

“Samsung” şirkəti bu ilin ikinci yarısında 64 meqapiksellik “ISOCELL Bright GW1” sensorunun kütləvi istehsalına başlamağı planlaşdırır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL