waplog

Yeni dron həcmli təsvirləri translyasiya edəcək


Kanadada həcmli görüntünü ötürməklə videozənglər etməyə imkan verən pilotsuz uçan aparat yaradılıb. Bu barədə insan faktorunun hesablama sistemlərinə təsirinə həsr edilən "CHI 2019" konfransının saytında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, Kinqston Kral Universitetinin "Human Media Lab" laboratoriyasının əməkdaşları işıqlı fona malik ekranla birləşdirilən dron hazırlayıblar.

 

Kanada mühəndislərinin hazırladığı konstruksiyanın xüsusiyyətləri ekrana translyasiya edilən görüntünü xüsusi əlavə reallıq eynəyindən istifadə etmədən həcmli təsvir şəklində görməyə imkan verir.

 

Bildirilir ki, translyasiya hər biri konkret rakurs üçün yaradılan təsvir fonuna cavabdeh olan 45 proyektor vasitəsilə həyata keçirilir. "Human Media Lab" əməkdaşlarının texnologiyası təsviri bucaq altında əks etdirən ekrana malikdir ki, bunun da sayəsində tamaşaçı onu olduğu yerdən asılı olaraq dəyişdiyinə görə həcmli görür.

 

Hazırda bir sıra çatışmazlıqlara (məsələn, təsvirin yenilənməsinin tezliyi saniyədə 10 kadr təşkil edir) malik olan texnologiya üzərində tamamlama işləri aparılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL