waplog

Süni neyronlardan ibarət kompüter çipi yaradılıb


Alimlər tərəfindən işlənib hazırlanmış çip insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, ənənəvi kompüter ayrıca yaddaş və prosessor modullarına malikdir, bununla əlaqədar olaraq bütün məlumatlar həmin modullar arasında ötürülməlidir. İnsan beyni bu cəhətdən, hətta ən müasir kompüterləri geridə qoyur, çünki o, informasiyanı bir yerdə (neyronlar arasında birləşmələrdə və ya sinapslarda) emal edir və saxlayır. Almaniya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxalq komanda insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilən aparat təminatı yaratmağa müvəffəq olub. Alimlər işıqla işləyən, neyron və onların sinapslarının davranışını təqlid edən süni neyron şəbəkəsindən ibarət çip istehsal etməyə nail olublar.

 

Alimlər belə optik neyrosinaptik şəbəkənin beyin kimi informasiyanı öyrənmək, ondan hesablama və tanımaq üçün istifadə etmək qabiliyyətini nümayiş etdiriblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL