waplog

Planşet, noutbuk və televizorlar üçün “Corning Astra Glass” şüşəsi buraxılıb


"Corning" şirkəti mayın 14-də açılan "SID Display Week 2019" sərgisində ekranlar üçün yeni "Corning Astra Glass" şüşə altlığını təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, bu material planşet, noutbuk və "8K" formatlı televizorlarda istifadə edilən yüksək təsvir ölçülü orta və böyük ekranlar üçün optimallaşdırılıb.

 

Bildirilir ki, "Corning Astra Glass" şüşəsi yüksək istilik müqaviməti və az istilik genişlənmə əmsalı ilə seçilməsinə görə yüksək piksel sıxlığına malik displeylər üçün tam uyğundur. Bu, ekranların istehsalı zamanı məhsul buraxılışının yararlılıq müddətini yüksəltməyə imkan verir.

 

"Corning Astra Glass" şüşəsi müxtəlif panel texnologiyaları, o cümlədən "a-Si" və "IGZO" üçün uyğunluq təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL