waplog

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu olacaq


"İnnovasiya Festivalı" çərçivəsində cari ilin 3 iyun tarixində "Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar" Forumu ("MAİNTECH – 2019") keçiriləcək.

 

Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə baş tutacaq.

 

Forumun keçirilməsində əsas məqsəd innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır.

 

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq.

 

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startapçılar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL