waplog

“Fintech” liderləri Bakıda toplaşacaq


Hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən "Monex Summit" tədbiri bu il 30 may – 1 iyun tarixlərində Bakıda təşkil olunacaq.

 

Sammit "İnnovasiya Festivalı" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəsmi dəstəyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və "FA İnternational Trade Events" şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirdə "fintech" və bank sənayesinin ən mühüm liderləri bir araya gələcək.

 

Sammitdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

 

"Monex Summit Caspian" sərgi, konfrans, marafon, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçının iştirak edəcəyi "Monex Party" kimi bir sıra tədbirlərlə müşayiət olunacaq.

 

İki gün davam edəcək tədbirdə "fintech" liderləri, "C-level" təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər Bakıda təcrübə mübadiləsi aparacaq.

 

İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, B2B görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə edəcəklər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL