waplog

Yapon alimləri özü bərpa olunan akkumulyator təqdim ediblər


Tokio Universitetinin mühəndisləri tərəfindən akkumulyatorların istehsalı üçün təqdim edilmiş yeni texnologiya onların işləmə müddətini xeyli artırmağa və tutumunu yüksəltməyə imkan verəcək. Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, müasir qurğularda adətən litium-ion və ya natrium-ion akkumulyatorları istifadə edilir. Ancaq hər iki batareya vaxt ötdükcə əvvəlki tutumunu itirir.
 
İstənilən akkumulyatorun daxilində xüsusi metal material təbəqə mövcuddur. Daimi yüklənmələr bu təbəqələrin parçalanmasına və çatların yaranmasına səbəb olur ki, bu da akkumulyatorun şarj saxlamaq qabiliyyətini azaldır.
 
Ancaq professor Asuo Yamada öz komandası ilə birgə xüsusi bərpa olunan material yaratmağa müvəffəq olub.
 
 
Yeni materialı avtomobil, kardiostimulyator və smartfonlar daxil olmaqla istənilən texnika üçün batareyalarda tətbiq etmək olar.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL