waplog

Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib


2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərinin məlumat bazasının internetdə yerləşdirilməsi haqqında məlumat verib. Məlumat bazasında tanınmış bloqer və brendlərin əlaqə informasiyası, həmçinin telefon nömrələri və elektron poçtları var.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, təxminən 49 milyon yazıdan ibarət bu məlumat bazası “Amazon Web Services” bulud xidmətində yerləşdirilib və güman ki sosial şəbəkələrdə marketinqlə məşğul olan və bloqerlərə brendlərin reklamından qazanmağa kömək edən Hindistanın “Chtrbox” şirkəti ilə bağlıdır.

 

Məlumat bazasında olan hər bir yazı əsasında “Instagram” hesabının dəyəri hesablanıb. “Chtrbox” reklam yerləşdirilməsinə görə “Instagram” istifadəçisinə ödəniləcək məbləği müəyyənləşdirmək üçün bu məlumatlardan istifadə edib.

 

Jurnalistlər internetdə yerləşdirilmiş məlumat bazasındakı bir sıra istifadəçi ilə əlaqə saxlayıblar. Onlar “Instagram”dakı hesablarının sazlanması üçün məlumat bazasında göstərilmiş telefon nömrələri və elektron poçt ünvanlarından istifadə etdiklərini təsdiq ediblər, amma “Chtrbox” şirkəti ilə hər hansı bir əlaqə olmasını təkzib ediblər.

 

“Instagram” sahibi olan “Facebook” şirkəti “Chtrbox” rəhbərliyinə müraciət edib və yalnız profil sahiblərinə əlçatan olan məlumatların adıçəkilən şirkətdə olması ilə bağlı izah tələb edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL