waplog

Dünyada “Əşyalar interneti” qurğularının sayı məlum olub


“Strategy Analytics” analitik şirkəti “Əşyalar interneti (IoT)” sahəsində qlobal avadanlıq bazarı üzrə araşdırmasının nəticələrini təqdim edib. 2018-ci ilin sonuna yaxın müvafiq qurğuların sayı 22 milyarda yaxınlaşıb, onların çox hissəsi (50%-dən çox hissəsi) korporativ sektorun payına düşür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Əşyalar interneti” bazarında mobil və hesablama qurğularının payı 25%-dən bir qədər çox təşkil edib. Ancaq yaxın illərdə regionlarda "ağıllı" ev sistemlərinin populyarlaşması nəticəsində məişət elektronikası ən sürətlə inkişaf edən seqment olacaq.

 

2025-ci ilədək “Əşyalar interneti”nə təxminən 38,6 milyard qurğu qoşulacaq. 2030-cu ilədək bu göstərici 50 milyardı ötəcək. Bəzi seqmentlər (məsələn, kompüter avadanlığı kimi) ya zəif artım göstərəcək, ya da azalacaq, halbuki başqa seqmentlər (məsələn, media qurğuları) sabit artım göstərəcək. Daşınan elektronika və internetə qoşulmuş avtomobillər (Connected Car) bazarlarının artım sürəti müsbət olaraq qalacaq, amma başqa seqmentlərlə müqayisədə tədarük həcmi elə yüksək olmayacaq.

 

2022-ci ildə “Əşyalar interneti” bazarında qlobal xərclər 1 trilyon dolları ötməlidir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL