waplog

“Samsung” 5 qat zum xüsusiyyətinə malik smartfon kamerası hazırlayıb


“Samsung Electro-Mechanics” (SEM) şirkəti smartfonlar üçün 5 qat zum xüsusiyyətinə malik fotomodul hazırlayıb. Artıq sensorun kütləvi istehsalına başlanılıb. Sözügedən yeniliyin birinci təqdimatı avqustda gözlənilən “Galaxy Note” planşetofonuna quraşdırılacağı gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, modulun qalınlığı 5 mm-dir.

 

Cari ilin yanvarında “Samsung” şirkəti smartfonlar üçün İsrailin kamera istehsalçısı “Corephotonics” şirkətini satın almışdı. Razılaşmanın dəyəri təxminən 155 milyon dollar olub. Güman ki koreyalılar İsrail şirkətinintexnologiyasını yeni fotomodulda tətbiq ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL