"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") yay mövsümündə Bakı ətrafı ərazilərə əhali axınını nəzərə alaraq bu il də "Simsiz rabitə" şəbəkəsinin əhatə dairəsini genişləndirir. Daha çox sakinə xidmət göstərmək məqsədi ilə mövcud 140 baza stansiyasının tutumu artırılaraq şəbəkə gücləndirilir. Həyata keçirilən tədbirlər əhalinin sıx məskunlaşdığı ərazilərdə fasiləsiz və keyfiyyətli telekommunikasiya xidmətlərinin verilməsini təmin edəcək.
Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə "Simsiz rabitə" xidməti göstərilir. Yaxın zamanda Bakının Müşfiq, Lökbatan, 20-ci sahə, 8-ci Kilometr əraziləri, həmçinin Ukrayna dairəsi ətrafındakı ərazilər "Simsiz rabitə" xidmətinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.
Məlumat üçün bildirək ki "Bakı Telefon Rabitəsi" MMC tərəfindən təqdim olunan "Simsiz rabitə" xidməti LTE (LTE – Long Term Evolution) texnologiyası əsasında təmin olunur. Texnologiya məhdud infrastrukturlu ərazilərdə telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmağa imkan yaradır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL