“Rəqəmsal iqtisadiyyatın əsası kimi İKT infrastrukturu” mövzusunda beynəlxalq seminar keçirilib
Ukraynanın paytaxtı Kiyevdə Avropa və MDB ölkələrində "Rəqəmsal iqtisadiyyatın əsası kimi İKT infrastrukturu " mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri, həmçinin Dövlət Radiotezliklər İdarəsinin mühəndisləri təmsil ediblər.
14-16 may 2019-cu il tarixlərində keçirilən seminarın əsas məqsədi rəqəmsal iqtisadiyyatın əsası kimi 4G və 5G şəbəkələrinin inkişafı üçün hüquqi və tənzimləyici infrastrukturun yaradılması olub.
Tədbirdə bu sahə ilə yanaşı spektr tələbləri, 5G pilot layihələri üzrə araşdırmaların aparılması və layihələndirilməsi, kibertəhlükəsizliklə bağlı çətinliklərin aradan qaldırılması və yeni texnologiyaların tətbiqində innovativ metodlardan istifadə ilə bağlı müxtəlif müzakirələr aparılıb.
Seminar zamanı 5G şəbəkələrinin fəaliyyəti ilə bağlı nümunələr və pilot layihələr, həmçinin ölkədə texnoloji irəliləyiş və iqtisadi inkişaf arasında olan asılılıq kimi məsələlər nəzərdən keçirilib. Rəqəmsal iqtisadiyyatın, habelə hüquqi və tənzimləyici mühitin inkişaf etdirilməsi üçün İKT infrastrukturunun yaradılması, şəbəkələrin inkişafının və fəaliyyətinin dəstəklənməsi, eləcə də 4G və 5G innovativ xidmətlərin göstərilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Seminar çərçivəsində təşkilatçı ölkə tərəfindən iştirakçı ölkələrin nümayəndələri Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən nəzərə alınan və gələcəkdə istifadə olunacaq praktiki tədbirlər barədə təkliflərini veriblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL