waplog

Səs vasitəsilə məlumatların ötürülməsi texnologiyası hazırlanır


M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin radiorabitə və yayım kafedrasının alimləri səsin köməyi ilə məlumatların ötürülməsi protokolunu hazırlayırlar. Bu protokol "Əşyalar interneti" texnologiyasının işində istifadə edilə bilər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, səsucaldan vasitəsilə yeni protokolun köməyi ilə qurğulara proqram təminatının yenilənməsini və ya hər hansı komandaları ötürmək mümkündür.

 

Hələ ki sözügedən texnologiyanın işləmə detalları və mühəndislərin məlumatları ötürmək üçün nədən istifadə edəcəkləri bilinmir.

 

Hazırda "Əşyalar interneti" texnologiyasında məlumatların ötürülməsi üçün əsas şəbəkə "5G" hesab edilir və bir çox ölkələr onun tətbiqinə başlamaqdadır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL