waplog

“Apple” yenidən ən bahalı brend elan edilib


Nüfuzlu “Forbes” jurnalı “Apple” brendini 9-cu il ardıcıl dünyanın ən bahalı brendi adlandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, siyahıya yalnız ABŞ-da fəaliyyət göstərən brendlər daxil edilib.

 

“Apple” brendinin dəyəri bir ildə 12% yüksələrək 205,5 milyard dollar təşkil edib. Ötən il bu göstərici 182,8 milyard dollar idi. “Apple”ın mənfəəti 265,8 milyard dollar məbləğində qiymətləndirilib.

 

Siyahıda “Google” şirkəti (167,7 milyard dollar) ikinci, “Microsoft” (125,3 milyard dollar) isə üçüncü yeri tutub. Dəyəri 97 milyard dollar məbləğində qiymətləndirilmiş “Amazon” brendi dördüncü yeri tutub. “Facebook” (88,9 milyard dollar) beşinci olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL