“Gartner”: 1 il ərzində Qərbi Avropada fərdi kompyuter bazarı xeyli zəifləyib
“Gartner” analitik şirkətinin məlumatlarına əsasən, Qərbi Avropada üçüncü rübün nəticəsinə görə fərdi kompyuter tədarükləri 11% azalıb. Bu regiona cəmi təxminən 14,8 milyon yeni fərdi kompyuter tədarük edilib. Bu göstərici isə keçən ilin analoji dövrü ilə müqayisədə 11.4% aşağıdır.
Analitiklər bildiriblər ki, mobil fərdi kompyuter bazarı, xüsusilə zəifləyib. Bu seqmentdə azalma 12,6% təşkil edib, mini-noutbukların (netbuklar) tədarükləri 1 il ərzində 40% azalıb.
Üçüncü rübün nəticəsinə görə stolüstü kompyuter tədarükləri 8,7% azalıb. Qərbi Avropa bazarında əsas kompyuter satıcısı 22,7% paya malik “Hewlett-Packard” şirkətidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL