waplog

Daşınan elektronika bazarında 50 faiz artım qeydə alınıb


“International Data Corporation” (IDC) analitik şirkəti dünya daşınan elektronika bazarı üzrə tədqiqatın nəticələrini açıqlayıb. Hesabata görə, 2019-cu ilin birinci rübündə 49,6 milyon belə qurğu buraxılıb ki, bu da ötənilki göstəricini 55,2 faiz üstələyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, biləyə taxılan qurğuların daşınan elektronikanın tədarükündə payı 63,2 faiz təşkil edib. Lakin 135,1 faizə bərabər ən böyük artımı qulağa taxılan məhsullar seqmenti nümayiş etdirib. Onun yanvar-martda payı 34,6 faiz olub.

 

2019-cu ilin birinci yarısının yekunları üzrə biləyə taxılan qurğuların, o cümlədən “ağıllı” saat və fitnes bilərziklərin qlobal tədarükü 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz artıb.

 

2019-cu ildə 90 milyon “ağıllı” saat buraxılacağı, 2023-cü ildə isə tədarük həcminin 131 milyonu ötəcəyi gözlənilir. Hesabat dövründə pay göstəricisinin 45,6 faizdən 47,1 faizədək yüksələcəyi ehtimal olunur.

 

Şirkət nümayəndələrinin fikrincə, “Apple” şirkəti “Android”, “Wear OS” və “WatchOS” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən “ağıllı” saatlar tərəfindən artan rəqabətə baxmayaraq liderliyini qoruyacaq. Analitiklərin qiymətləndirməsinə görə, “Apple Watch” saatlarının ümumi bazar payı 2023-cü ilədək 27,5 faiz təşkil edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL