“Hyundai” şirkəti ikimərtəbəli elektrik avtobusu hazırlayıb
"Hyundai" şirkətinin mühəndisləri son 18 ayda elektrik sərnişin avtobusu üzərində işləyiblər.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, "Hyundai" şirkəti atmosferə buraxılan zərərli qazların tullantılarının azalmasında maraqlıdır və bu məqsədlə hazırladığı elektrik sərnişin avtobusu tam doldurulmuş batareya ilə 300 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi 384 kVt/saat gücündə su soyutma sisteminə malik batareyalarla təchiz edilib. Batareyalar 72 dəqiqə müddətində enerji ilə tamamilə doldurulur.
Elektrik avtobusunun uzunluğu təxminən 13 metr, hündürlüyü isə 4 metrdir. Avtobusun salonu 70 sərnişin üçün nəzərdə tutulub, həmçinin əlillər üçün iki yer ayrılıb. Cənubi Koreyanın nəqliyyat istehsalçısı avtobusun sükan idarəetməsinə özünün bir neçə innovativ yeniliyini tətbiq edib: arxa təkərlər sistemi ön oxun sükan idarəetməsi ilə sinxronlaşdırılıb ki, bu da avtobusa döngələrdə yüksək xüsusiyyətlərə malik olmağa imkan verəcək.
Hələ ki ikimərtəbəli elektrik avtobuslarının kommersiya istehsalına başlanılacağı vaxt məlum deyil.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL