waplog

Britaniyada ilk “5G” şəbəkəsi istifadəyə verilib


Böyük Britaniyanın “EE” mobil operatoru mayın 30-da ölkədə yüksəksürətli və keyfiyyətli bağlantını təmin edəcək ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib. “5G” şəbəkəsi hələlik London, Edinburq və Mançester daxil olmaqla altı iri şəhərin məhdud ərazisində fəaliyyət göstərəcək, lakin ilin sonunadək onun daha on şəhərdə işə salınacağı gözlənilir. İyunda “5G” şəbəkəsini digər Britaniya operatoru – “Vodafone” istifadəyə vermək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Kommersant” resursuna istinadən yazır ki, beləliklə, Böyük Britaniya Avropada “5G” şəbəkəsindən istifadəyə başlayan ilk ölkələrdən olub. İndiyədək şəbəkə yalnız İsveçrə və Monako və San-Marino kimi bir neçə kiçik ölkələrdə istifadəyə verilib. Eyni zamanda şəbəkədən artıq ABŞ-da və bəzi Asiya ölkələrində, məsələn, Cənubi Koreyada istifadə olunub. Çin və Yaponiyada “5G” hələ ki istismara verilməyib.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL