waplog

İlk robot rəssam əsərlərini sərgidə nümayiş etdirir


Böyük Britaniya mühəndisləri “Ai-Da” adlı dünyanın ilk insanabənzər robot rəssamını yaradaraq onun əsərlərindən ibarət sərgisini təşkil ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, insanabənzər qurğu realistik mimikadan istifadə edərək yeriyir, sualları cavablandırır və əlində karandaş və fırçanı müstəqil tutur. Riyaziyyatçı Ada Lavleysin şərəfinə adlandırılan süni intellekt portret və konseptual şəkilləri abstraksionizm janrında çəkir. Sərgi təşkilatçısı Eydan Mellerin sözlərinə görə, “Ai-Da” robotu “ayrılmış işıq” üslubunda rəsmləri flora və faunanın müxtəlif nümayəndələrinin fotoşəkilləri üzərində təlimə əsaslanaraq yaradır.

 

O ümid edir ki, robotun doğurduğu maraq texnologiyalar, xüsusilə süni intellekt üzərində ictimai nəzarəti stimullaşdıracaq. Robotun ilk əsərləri böyük alimlərə, o cümlədən tarixdə ilk proqramçı hesab edilən Ada Lavleys və müasir informatikanın yaradıcısı Alan Türinqə həsr edilib.

 

“Təmin edilməmiş fyuçerslər” adlı sərginin iyunun 12-də Oksfordda keçirilməsi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL