Estoniya “BakuTel-2011” beynəlxalq sərgisində öz stendini təqdim edəcək
17-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları sərgisində (“BakuTel-2011”) Estoniyanın milli stendi təqdim olunacaq.
Bu barədə Azərbaycan-Estoniya Ticarət palatasının rəhbəri və Azərbaycan-Estoniya İKT şirkəti “B.EST Solutions”-un prezidenti Yana Krimpe məlumat verib.
Estoniya stendinin ziyarətçiləri elektron hökumət sahəsində nailiyyətlərlə, dövlət və kommersiya strukturları tərəfindən elektron xidmətlərlə, kibertəhlükəsizlik sayəsində texnologiya və sistemlərlə, İD-kartlar və mobil rabitə telefonlarında “Mobile-İD”-nin köməyi ilə elektron eyniləşdirmə və rəqəmsal imza vasitələri ilə tanış ola biləcəklər.
Stenddə Estoniyanın dövlət portalı, həmçinin Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “B.EST Solutions” tərəfindən hazırlanmış və elektron hökumət dövlət informasiya sistemi – EHDİS layihəsinə toxunan videofilm nümayiş etdiriləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL