waplog

Planşet bazarının həcmi 5% azalıb


Qiymət rəqabəti bir sıra “Android” planşet istehsalçılarına təzyiq göstərir, ancaq bəzi şirkətlər bu problemin öhdəsindən gəlməyə müvəffəq olurlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Strategy Analytics” şirkətinin ekspertlərinin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə qlobal planşet bazarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azalıb. Satılmış qurğuların sayı haqqında məlumat açıqlanmayıb.

 

“Apple”, “Huawei”, “Amazon” və “Microsoft” şirkətləri öz imkanlarından istifadə edərək planşet bazarında paylarını artırmaq üsullarını tapıblar, halbuki digər şirkətlər üçün müsbət dinamikanı qoruyub saxlamaq çətindir. Məsələn, “Amazon” bayramdan sonra endirimlərlə istehlakçıları cəlb edib və bunun sayəsində 2019-cu ilin yanvar-martında planşet tədarükünün həcmi 21% yüksəlib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL