waplog

“Huawei” smartfonlarına populyar proqramlar quraşdırılmayacaq


“Facebook” şirkətinə məxsus “Facebook”, “Instagram” proqramları və “WhatsApp” messenceri bundan sonra Çinin “Huawei” şirkətinin smartfonlarına əvvəlcədən quraşdırılmayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DP” resursuna istinadən yazır ki, smartfonları daha əvvəl əldə edən istifadəçilər isə proqramları istifadə və yeniləyə biləcəklər. Lakin yeni smartfonlarda proqram əlavələri əvvəlcədən quraşdırılmayacaq.

 

“Google” şirkəti Çin istehsalçısını yaxın 3 ay ərzində “Android” mobil əməliyyat sisteminin yenilənmələrindən istifadəni qadağan edəcək. Lakin sistem hələ istehsal edilməyən telefonların hamısında işləyəcək.

 

Bununla əlaqədar istifadəçilər əlavələri “Google Play” onlayn mağazasından yükləyə biləcəklər. Amma gələcək “Huawei” smartfonlarının versiyalarında “Google Play” mağazasından və onun əlavələrindən istifadə mümkün olmayacaq.

 

Mayda ABŞ Prezidenti Donald Tramp informasiya təhlükəsizliyinin təmini üçün fövqəladə vəziyyət haqqında fərman imzalayıb. Bundan sonra ABŞ Ticarət Nazirliyi “Huawei” şirkətini “qara siyahı”ya daxil edib. ABŞ hökumətinin nümayəndələrinin fikrincə, Çin hakimiyyəti “Huawei” məhsullarından casusluq məqsədilə istifadə edə bilər. Öz növbəsində “Google”, “Intel”, “Qualcomm”, “Broadcom”, “Microsoft” şirkətləri “Huawei” ilə əməkdaşlığa son qoyub.

 

ABŞ korporasiyalarına dəstəyi “Huawei”dən mobil prosessorlar üçün arxitektura lisenziyasını geri alan Böyük Britaniyanın “ARM” şirkəti də göstərib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL