waplog

“Aztelekom” əməkdaşları Nabranda təmizlik aksiyası keçirib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi  regionlarda keçirilən ənənəvi sosial aksiyaları davam etdirir.

Növbəti aksiya zamanı Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən sahilyanı çimərlik əraziləri və meşə massivi məişət tullantılarından təmizlənib.

Tədbirin keçirilməsində əsas məqsəd  ictimaiyyətin diqqətinin ekoloji problemlərin həllinə yönəldilməsi, Xəzər dənizinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə də atılan məişət tullantılarının Xəzərin faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

“Aztelekom” MMC və Xaçmaz Telekommunikasiya Qovşağının əməkdaşlarının iştirak etdiyi aksiyada çimərlikdən və sahilyanı meşə zolağından toplanılan məişət və digər növ tullantılar çeşidlənərək müəyyən olunmuş zibil məntəqəsinə daşınıb.

Aksiya zamanı həmçinin yerli sakinlərə dəniz sahilinin tullantılarla çirkləndirilməsinin Xəzər dənizinə, eləcə də ətraf mühitə, faunaya zərərləri barədə məlumat verilib.

Çimərlik mövsümünün başlanmasına az qalmış belə tədbirin keçirilməsi yerli sakinlər tərəfindən razılıqla qarşılanıb.

“Aztelekom” MMC-nin kollektivi bu qəbildən olan sosial aksiyaları digər bölgələrdə də davam etdirəcək.












 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL