waplog

“IBM” şirkəti kiberinsidentlərin monitorinqi üçün səyyar mərkəz təqdim edib


Polşa paytaxtı Varşavada keçirilən "IBM Security Summit" konfransında "IBM" şirkəti informasiya təhlükəsizliyi sahəsində insidentlərin monitorinqi və reaksiyası üçün ilk səyyar "X-Force Command Cyber Tactical Operations Center" (C-TOC) mərkəzini nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "C-TOC" kiberinsidentlərə operativ reaksiya mərkəzinin bütün lazımi avadanlığı ilə təchiz edilən 23 tonluq yük maşınıdır.

 

Məlumata görə, mərkəz tədris kiberpoliqonu kimi, eləcə də kənar hücumların imitasiyası, "bayrağın ələ keçirilməsi" və ya xüsusi təhlükəsizlik hadisələrinin izlənilməsi yarışlarının keçirilməsi üçün istifadə oluna bilər ki, bu da operativ reaksiya prosesinə cəlb edilən əməkdaşlara (SOC mütəxəssislərindən tutmuş, rəhbərliyə qədər) real hücumlara hazırlığı qiymətləndirməyə və kibertəhlükəsizlik və insidentlərə reaksiya strategiyasını təkmilləşdirməyə imkan verəcək.

 

2019-cu il ərzində "C-TOC" mobil kibertəhlükəsizlik təlimi məqsədilə Avropa şəhərlərindən keçəcək. Bu ilin birinci rübündə mərkəz artıq Böyük Britaniya, İrlandiya, Niderland, İspaniya, İsveçrə və Fransada olub.

 

"IBM" şirkətinin statistikasına görə, kiberhücumun qarşısını 30 gün ərzində alan şirkətlər 1 milyon dollara qənaət edə bilərlər. Lakin informasiya təhlükəsizliyi insidentlərinə reaksiya üçün əlaqələndirilmiş plana rəyi soruşulan təşkilat və müəssisələrin yalnız 25 faizi malikdir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL