waplog

Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək


“Juniper Research” şirkətinin proqnozuna görə, 2024-cü ilə elektron pul kisəsindən istifadə edən insanların sayı 4 milyarda yaxınlaşaraq planet əhalisinin 50%-ni təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məhsul və xidmətlərin ödənişi üçün rəqəmli xidmət istifadəçilərinin sayının artması bu pul kisələri vasitəsilə edilmiş əməliyyatlar həcminin 80% artmasına (ildə 9 trilyon dollaradək) gətirib çıxaracaq.

 

ABŞ-da orta statistik vətəndaş elektron pul kisəsi vasitəsilə ildə təxminən 3350 dollar xərcləyir. 2024-cü ilədək bu göstərici 6400 dollara yaxınlaşacaq.

 

Elektron ödəniş həllərinin populyarlaşması qismən onlayn ödənişlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə bağlı olacaq. 2019-cu ilin ikinci yarısında əməliyyatları token və dinamik kriptoqramlarla qoruyacaq “SRC” (Secure Remote Commerce) standartları tətbiq ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL