waplog

“Huawei” noutbuklarının tədarükü və hazırlanması dayandırılacaq


Dünyanın aparıcı elektronika istehsalçılarından olan “Huawei” şirkəti öz brendi ilə noutbukların hazırlanması və buraxılışı üzrə planlara yenidən baxmaq niyyətindədir. Bu barədə “DigiTimes” internet nəşri Çin şirkətinin istehsal tərəfdaşlarındakı mənbələrə istinadən məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, “Huawei” şirkəti tərəfdaşlara portativ kompüterlər üçün komplektləşdirici hissələrin tədarükünün, eləcə də yeni layihələr üzərində işin müvəqqəti dayandırılmasını bildirən məktub ünvanlayıb. Bununla yanaşı, məktubda tədarükün və işlərin bərpa olunma müddəti qeyd olunmayıb.

 

Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətin belə qərar qəbul etməsinin səbəbi ABŞ və Çin arasında olan ticarət mübahisəsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın “Intel”, “Qualcomm” və “Microsoft” şirkətləri ölkənin Ticarət Nazirliyinin “qara siyahı”sına düşən “Huawei” şirkəti ilə əməkdaşlığı dayandırıb. Bu əsas aparat platformaları və proqram təminatı tədarükçülərinin iştirakı olmadan “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən müasir noutbukların istehsalını təşkil etmək qeyri-mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL