waplog

Avropa Kosmik Agentliyi çoxdəfəli kosmik laboratoriya layihəsi hazırlayıb


Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) orbitə Yerə mütəmadi qayıdacaq pilotsuz uçan laboratoriya buraxmaqla bağlı planlarını açıqlayıb. Bu barədə agentliyin saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, “Space Rider” (“Kosmik atlı”) adlanan layihə kosmik tədqiqatlar üçün xərcləri xeyli azaltmağa imkan verəcək. Laboratoriya artıq sınaqdan keçirilmiş texnologiyalar – “IXV” eksperimental gəmisi və Avropanın “Vega AVUM” raketinin dördüncü pilləsi əsasında yaradılacaq. Bu isə layihənin həyata keçirilmə müddətini azaltmağa imkan verəcək.

 

“Space Rider” laboratoriyasının ilk buraxılışını 2022-ci ildə Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan həyata keçirmək planlaşdırılır.

 

Xatırladaq ki, Avropa Kosmik Agentliyi 1975-ci ildə kosmosun tədqiqi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Təşkilata 22 daimi üzv daxildir, həmçinin bəzi layihələrdə Kanada iştirak edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL