waplog

“Yeni media : kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçiriləcək


22 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçiriləcək.

Konfransın keçirilməsində məqsəd ölkədə yeni media mütəxəssislərinin hazırlanmasına dəstək vermək, bu istiqamətdə təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Konfransda İnternet media qurumlarının rəhbərlərinin, Jurnalistika təhsili verən ali təhsil müəssisələrinin nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konfransda “Yeni medianın mövcud durumu və peşəkarlıq”, “Jurnalistika təhsilində İnternet jurnalistikasının yeri” və “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar olacaq.

Konfransda yeni media sahəsində ölkədəki mövcud durum haqqında ümumi məlumatlar veriləcək. Media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyət ( yeni iş yerləri, yeni media mütəxəssisinə olan tələb-təklif münasibətləri, bilik və bacarıqlara verilən tələblər və s.) ətrafında müzakirə aparılacaq.

Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin seçmə yoxsa əsas fənn olaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirə təşkil olunacaq.

Konfransın yekununda ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təkliflər və tövsiyələrin hazırlanması nəzərdə tutulur.

Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL