waplog

İki nəhəng İT şirkəti “iCloud Drive” interfeysinin yaradılması üçün birləşib


"Apple" və "Microsoft" şirkətləri bir sıra uyğunluq problemlərini həll edəcək "iCloud Drive" interfeysinin yaradılması üçün səylərini birləşdirib. Birləşmə mütəxəssislər tərəfindən "Microsoft" şirkətinin "Windows 10" əməliyyat sistemi ilə uyğunluq təşkil edən "Apple" məhsullarının olmamasına görə müsbət qarşılanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yeni əlavə fərdi kompüter və ya smartfondan fotoşəkil, video, poçt və "iCloud" hesabı daxilində saxlanılan digər fayllara çıxışa imkan verəcək.

 

Bildirilir ki, əvvəllər istifadəçilər zəif sinxronlaşdırma sürəti və digər problemlərlə üzləşiblər.

 

"Windows 10" əməliyyat sistemi üçün "iCloud Drive" interfeysi artıq "Microsoft Store" əlavələr mağazasında yerləşdirilib.

 

Qeyd edək ki, "Apple" şirkəti "Apple Pay" sistemini bir sıra servislərinə yeni ödəniş üsulu kimi əlavə etməyə hazırlaşır. Sistem "iTunes", "App Store", "Apple Music" və "iCloud" servisləri tərəfindən dəstəklənəcək. Yenilikdən tədricən ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Tayvan, Rusiya, BƏƏ və Ukrayna istifadəçiləri yararlana biləcəklər. "Apple Pay Cash" servisindən, həmçinin ABŞ sakinləri istifadə edə biləcəklər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL