Türkiyənin “Ardic” şirkəti “Android 3.0 Honeycomb” əməliyyat sistemi əsasında internet-planşet hazırlayıb. Türklərin hazırladığı planşet digər planşetlərdən ölçüsünə görə fərqlənir.
Əgər planşetlərin əksəriyyətinin ölçüsü bugünkü günə 7-10 düymdürsə, lakin türklərin hazırladığı planşetin ölçüsü 65 düym təşkil edir. Yəni bu hazırlama xarici görünüşcə televizora daha oxşardır.
Nəhəng planşetin daxilində “HD” videonu və istifadəçilərin jest funksiyalarını dəstəkləyən 65 düymlü sensor ekran işləyir. Qrafik çip kimi “Nvidia Tegra 2 SoC” istifadə olunur. Qurğu 1 Qb əməli yaddaş tutumuna, 16 Qb fləş yaddaşa, 2 kameraya, “USB” və “HDMİ” portlarına malikdir, planşetin şəbəkə kartı “3G” və “Wi-Fi” şəbəkələrlə işləyə bilər.